Radio aparıcısını redaksiyada bıçaqladılar

Naməlum şəxs Rusiyanın ən populyar radiostansiyalarından olan “Exo Moskvı”nın redaksiyasına daxil olaraq aparıcı Tatyana Fehenhaueri boğazından bıçaqlayıb.

Rusiya KİV-nə istinadən xəbər verilir ki, yaralı aparıcının həyatına təhlükə yoxdur. Cinayəti törədən şəxs isə polis tərəfindən həbs olunub.