Qəzzada 29 min ailəyə ərzaq yardımı edildi - Foto

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin "Şəfqət" adlı gəmi ilə göndərdiyi humanitar yardımlar çərçivəsində Qəzzada ehtiyac sahibi 29 min ailəyə ərzaq banderolu paylanıb.

Bu barədə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Qəzza nümayəndəsi müavini Raid Kışta açıqlama verilib. Açıqlamada Qəzza zolağının müxtəlif şəhərlərində yaşayan 29 min ailəyə ərzaq banderolu paylanıldığı bildirilib. Hər banderolda 16 növ qidanın olduğunu bildirən Kışta Qəzzaya göndərilən üçüncü Türkiyə yardım gəmisi olan "Şəfqət" ilə bölgəyə çatdırılan yardımın paylanmasının yaxın günlərdə yekunlaşacağını qeyd edib.