“Qəzet və jurnallar da vergilərdən azad olunsun”

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad edilib.
 
Gununsesi.info xəbər verir ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycana idxal edilən qəzet kağızının gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilməsi mərhələli şəkildə həyata keçiriləcək:
 
“Biz istərdik ki, qəzetçiliyin inkişafı üçün qəzet və jurnallar həmin vergilərdən azad olunsun. Bu, az da olsa qəzet kağızının ucuzlaşmasında müəyyən rol oynayacaq”.