Qurban bayramı münasibətilə 1166 nəfəri əfv etdi

İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamneyi Qurban bayramı münasibətilə 1166 məhbusun əfv edilməsi və cəzalarının yüngülləşdirilməsi barədə elan edib.

Bu barədə İranın ali liderinin rəsmi saytı xəbər verib.

Məlumatda bildirilir ki, İranın məhkəmə hakimiyyətinin rəhbəri Sadek Amoli Laricani məhkumların əfv edilməsi və cəzaların yüngülləşdirməsi haqda Ayətullah Xamneyiyə müraciət göndərib. İranın ali lideri Qurban bayramı ilə əlaqədar müraciətə razılıq verib.