"Qurani-Kərim"i yerdən götürmək istəyən əsgər şəhid oldu...

Afrində "Qurani-Kərim"i yerdən qaldırmaq istəyən əsgər şəhid olub.

 
Türkiyə KİV-nə istinadən xəbər verilir ki, çavuş Orhan Sürmenin "Qurani-Kərim"i yerdən götürərkən şəhid olduğu məlum olub. 
 
Məlum olub ki, Afrində Türkiyə silahlı qüvvələrinə müqavimət göstərə bilmədiklərindən xain pusqulara üstünlük verən terrorçular Quranın içinə bomba yerləşdiriblər. Müqəddəs kitabı yerdə görən əsgər onu götürməyə çalışıb. Bu zaman kitabın içinə yerləşdirilmiş bomba partlayıb və əsgər şəhid olub.