Qüdsdə qarşıdurma: Terrorçu İsrail keçmiş müftini vurdu - Yaralılar var

Türkiyə mediasına istinadən xəbər verilir ki, Sionist İsrailin Məscidül-Əqsada törətdiyi terror artaraq davam edir. Fələstinin liderlərindən Qüdsün keçmiş müftisi və Qüds Yüksək İslami Heyət sədri Şeyx İkrimə Sabri işa (xüftən - red.) namazı əsnasında Məscidül-Əqsanın giriş qapısında camaata hücum edən terror rejimi əsgərləri tərəfindən plastik güllə ilə vurularaq yaralanıb.

Şeyx İkrimə yaralı olaraq xəstəxanaya aparılıb, "Akit"ə yerli mənbələr Şeyx İkrimə üçün dua edilməsini xahiş edib. Hazırda fələstinli müsəlmanların işğal qüvvələrinə müqaviməti davam edir.

HƏMAS liderlərindən İsmayıl Radva "İşğalçılar odla oynayır. İşğal edilmiş Qüdsdə namaz qılanlara təcavüz etməklə özünə cəhənnəm qapısını açır",- deyib.

"Pars Today"in xəbərinə görə, 50 yaralının olduğu ifadə edilib.