Qətər vətəndaşlarının Həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək

Qətər vətəndaşları Həcc ziyarəti üçün elektron viza almadan Səudiyyə Ərəbistanına səfər edə biləcəklər.

 "Haber7"yə istinadən xəbər verilir ki, Səudiyyə Ərəbistanı kralı Salman bununla bağlı fərman imzalayıb. 

Məlumata görə, Səudiyyə kralı Salman və vəliəhd-şahzadə Məhəmməd bin-Salman Qətər hakimiyyətindəki əl-Sani ailəsinin üzvü Abdullah bin-Ali bin-Abdullah bin-Casim əl-Sanini Ciddədəki Əs-Salam sarayında qəbul edib.

Qəbuldan sonra Qətər vətəndaşlarının Həcc ziyarətini xərclərinin Səudiyyə Ərəbistanı kralı tərəfindən ödəniləcəyinə dair qərar qəbul olunduğu açıqlanıb.