Qətər pasportu daşıyanlara BƏƏ-ə giriş qadağan olundu

Qətər pasportu daşıyanlar Birləşmiş Ərəb Əmirliklərinə daxil ola bilməyəcək

Anadolu Agentliyinin məlumatına görə, bu qərarı BƏƏ-ə məxsus "Etihad Airways" şirkəti verib. Şirkət bu qadağanın Qətər qeydiyyatında olan hər kəsə, o cümlədən qaçqın, mühacir kimi yaşayanlara da aid olduğunu bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Qətərlə Səudiyyə Ərəbistanı arasında vəziyyət gərginləşib. Bundan sonra Səduyyə Ərəbistanı, BƏƏ, Bəhreyn Misir və Yəmən bazar ertəsi günü Qətərlə bütün diplomatik əlaqələri kəsdiklərini açıqlayıb.

Rakurs.tv