Qətər əmiri Ağ Evə getməkdən imtina etdi

Qətər əmiri Şeyx Həməd bin Xəlifə əl-Tani ABŞ prezidenti Donald Trampın görüşmək təklifinə rədd cavabı verib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Məlumata görə, Qətər əmiri mövcud sanksiyalar davam edərkən ölkədən ayrılmaq istəmir və bu səbəbdən Ağ Evə getməkdən imtina edib.

Şeyx Həməd bin Xəlifə əl-Tani ilə telefon danışığı aparan Ağ Ev rəhbəri Donald Tramp Qətər böhranında vasitəçi olmağı irəli sürüb. Ağ Evdən verilən açıqlamada belə deyilir: "Tramp, lazım gələrsə, Ağ Evdə görüş də daxil olmaqla, tərəflərə fikir ayrılığını aradan qaldırmaq üçün vasitəçilik təklif edib".