Qətər embarqo tətbiq edən ölkələri şikayət etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Qətərin ona embarqo tətbiq edən ölkələrdən Dünya Ticarət Təşkilatının (DTT) Münaqişələrin Həlli Orqanına şikayət etdiyi bildirilib. Bu barədə Qətər İqtisadiyyat və Ticarət Nazirliyindən açıqlama verilib.

Açıqlamada embarqo tətbiq edən ölkələrin DTT-nin xüsusən mülkiyyət və xidmətlə bağlı olmaq üzrə əsas qanun və sazişlərlə yanaşı, ticarətlə bağlı fikri mülkiyyət hüquqlarını pozduğuna da işarə edilib. İqtisadiyyat və ticarət naziri Şeyx Əhməd ibn Casim ibn Məhəmməd əs-Sani açıqlamada İqtisadiyyat və Ticarət Nazirliyinin Qətərin həm özünün, həm də tərəfdaşlarının ticarət və iqtisadi maraqlarını qorumaq üçün beynəlxalq və regional təşkilatlar səviyyəsində lazımi hər cür addımı atacağını qeyd edib.