Qrant verə bilən qurumların siyahısı genişləndirilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Fərmanla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısına daha iki qurum əlavə edilib. Bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir.