Qorxu üstünə bir qorxu da gəldi: vaksin 18 aydan sonra olacaq

Qorxu üstünə bir qorxu da gəldi: vaksin 18 aydan sonra olacaq

Çin koronavirusuna qarşı ilk vaksinin hazırlanması üçün 18 ay vaxt lazımdır. "Lenta.ru"nun məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus Cenevrədə mətbuat konfransında bəyan edib.

 

Gebreyesusun sözlərinə görə, peyvəndin hazırlanmasına uzun vaxt lazım olduğundan, indi mövcud olan bütün resurslardan istifadə etmək və koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlər görmək lazımdır.

 

ÜST həmçinin profilaktikaya dair əlləri sabunla 40-60 saniyə ərzində yuymaq, asqırarkən ağzı və burnu birdəfəlik dəsmal, qol və ya dirsəklə tutmaq, soyuqdəymə simptomları zamanı ictimai yerlərdən çəkinmək, xəstələrlə təmasda olmamaq kimi tövsiyələr verib.

Facebook