Qondarma rejimin rəsmisi: “Biz qarşı tərəfi vurmuşuq və yaxşı da etmişik”

“Uşaqlardan düşmən olmaz. Xüsusilə də 2 yaşlı uşaqdan. Lakin 2 yaşlı Zəhranın ölümündə biz günahkar deyilik”.

Dağlıq Qarabağdakı terrorçu rejimin “Müdafiə Nazirliyinin mətbuat katibi” Senor Asratyan Facebook-dakı səhifəsində belə yazıb.

“2 yaşlı uşaqdan düşmən ola bilməz. Amma başqalarının günahına görə uşaqlar həlak ola bilərlər” cümlələri ilə vəhşiliyə, terrora haqq qazandırmağa çalışan S.Asratyanın yazdığına görə, o, 2 yaşlı Zəhranın ölümünə təəsüflənir, amma…

“Təəssüflənirik. Bunu mənim şəxsi fikrim, mövqeyim kimi qəbul edin. Lakin biz qarşı tərəfi vurmuşuq və yaxşı da etmişik”, – S.Asratyan yazıb.

Beləcə Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin və Ermənistan Ordusunun hərbi hissələrinin cinayətlərinə aşkar şəkildə haqq qazandıran S.Asratyan tipik erməni xislətinə uyğun olaraq qarşı tərəfi suçlayır.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə İdris qızı Quliyeva və onun nəvəsi, 18 aylıq Zəhra Elnur qızı Quliyeva həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.