QMİ-nin Rusiyada nümayəndəliyi rəsmi qeydiyyata alınıb

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu ölkədəki nümayəndəliyini qeydiyyata alıb.

Bu barədə "Report"a idarədən məlumat verilib 

QMİ-nin Rusiya Federasiyasındakı nümayəndəliyi bir xarici dini qurumun Rusiya ərazisində rəsmi olaraq qeydiyyata alınan ilk və yeganə nümayəndəliyidir.