QMİ fətvanı pozan din xadimini işdən çıxartdı

Qafqaz Müsəlmanları İdarəsi Ramazan fətvasını pozan din xadimini işdən azad edib. 

Bu barədə məlumat QMİ-nin saytında yer alıb. 

"Qafqaz Müsəlmanları İdarəsi bəyan edir ki, müqəddəs Ramazan ayı ilə bağlı QMİ Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib." məlumatda deyilir. 

M.Nurməhəmmədin məhz hansı tələbi pozduğu haqda məlumat əksini tapmayıb.

Rakurs.tv