Qlobal ərzaq zənciri qırılıb: ABŞ-da ət qıtlığı, Fransada süd bolluğu yaranıb

Qlobal ərzaq zənciri qırılıb: ABŞ-da ət qıtlığı, Fransada süd bolluğu yaranıb

Dünyada pandemiya ilə bağlı karantin rejiminin uzadılması qlobal ərzaq təchizatında qeyri-müəyyənliyə yol açıb.

Rakurs.tv xəbər verir ki, logistik çatdırılma zəncirinin qırılması bir ölkədə bəzi məhsulların çoxluğuna, digər məhsulların isə çatışmazlığına yol açır.

 

Belə ki, ABŞ-da koronavirusa görə ət qıtlığı hiss olunur. “New Tork Times”ın məlumatına əsasən, karantin tətbiq olunduğu andan etibarən Amerikada donuz ətinin istehsalı 25%, mal ətinin istehsalı isə 10/% azalıb. Analitiklər təzə kəsilən heyvanın ətinin bahalaşdığını da vurğulayırlar. Donzu ətinin qıtlığı bu heyvandan hazırlanan bekonun 137% bahalaşmasına səbəb olub.

Problem Kənd Təsərrüfatı Nazirliyinin bir qrup işçisinin COVİD-19-a yoluxmasından sonra başladı. Onlardan 1 nəfərin öldüyü də əlavə olunub. Test nəticələri 5 mindən çox qəssabın koronavirusdan əziyyət çəkdiyini müəyyən etmişdi. Nəticədə, 22 zavod karantinə bağlanmış, ayrı-ayrı ştatlar ət satışı ilə bağlı məhdudiyyətlər tətbiq ediblər. Belə ki, ABŞ-ın ən böyük pərakəndə satış şəbəkəsi “Kroeger” öz mağazalırnda eyni adama mal və donuz ətinin satışını məhdudlaşdırıb. Digər tərəfdən, kiçik ticarətlə məşğul olan “Costco” şəbəkəsi təzə donuz, mal və quş ətindən eyni vaxtda 3-dən artıq məhsul almağa məhdudiyyət tətbiq edib.

 

ABŞ-la yanaşı, Avropa da ciddi ərzaq problemi ilə üzləşib. Burada problem istehsal olunan məhsulun satış bazarının bağlanması ilə bağlıdır. Kafe, restotan və s. ictimai iaşə obyektlərinin bağlanması dünyada ən çox süd istehsal edən 3 ölkədən sayılan Fransada fermerlərə məhsuldan imtina etməyə vadar edir. Ölkənin ən böyük süd istehsalçısı “Sodiaal” pendirlə bağlı 80%-ə qədər sifarişini itirib. Yaranmış izafi süd Almaniya və Fransa kənd təsərrüfatı nazirlərinin təşəbbüsü ilə yaradılmış xüsusi anbarlara boşaldılır.

Əhalinin birinci dərəcəli məhsulları alması çiyələk, qulançar, balıq və süd istehsalçılarını ağır iqtisadi duruma salıb. Bağçılıq sahəsində ixtisaslaşan satış mərkəzkləri isə toxum, gül və ting satışının kəskin azalmasına görə ağır böhrana düşüblər.

 

Qlobal bazardakı qeyri-müəyyənlik tələbat olmayan məhsulların satışı ilə məşğul olan şirkətlərin sayının kəskin azalmasına səbəb olub. Karantin rejiminin tam ləğvi, sərhədlərin açılması, istehsal və ticarət obyektlərinin məhdudiyyət olmadan fəaliyyətinin bərpası qlobal kənd təsərrüfatı istehsalçılarının əsas istəyidir.

Facebook