Qələbə "Qarabağ"a 30 milyon manat qazandırdı

Ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Qarabağ” klubu ən azı 14,7 milyon avro (məzənnə üzrə 29,5 milyon manat) qazandı.

Virtualaz.org xəbər verir ki, bu məbləğdən 2 milyon avro ağdamlılara pley-off mərhələsini keçdikləri üçün veriləcək. Daha 12,7 milyon avro isə bilavasitə qrup mərhələsinə vəsiqə qazandığı üçün “Qarabağ”ın hesabına köçürüləcək.

Bundan əlavə, qrup mərhələsində “Qarabağ” hər qələbəyə görə 1,5 milyon avro, heç-heçəyə görə 500 min avro əldə edəcək. Çempionlar Liqasının büdcəsinə hər mərhələni adlamağa görə mükafatlar da daxildir.

Çempionlar Liqasının qalibi isə televiziya yayımı hüquqlarının satılmasından düşən paydan əlavə, UEFA-dan 57,2 milyon avro mükafat alacaq.