Qız qülləsi işğal edildi

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və Üsküdar Bələdiyyəsinin CHP-li Məclis üzvü Nezih Küçükerden Qız qülləsini işğal edən ticarətçilər haqqında məsələni gündəmə gətirib.
İstanbulun ən gözəl mənzərəsinə malik Qız Qülləsinin tam qarşısında sahil kənarında iaşə obyektləri işlədən vətəndaşlar əhaliyə pul qarşılığında mənzərəyə baxmağa icazə verirlər.
Günəşdən qorunmaq üçün qoyulan böyük çətirlərin altında fəaliyyət göstərən bufet və kafelərdən nəsə almadan mənzərəyə baxmaq qadağandır.
Hadisənin araşdırılması istiqamətində müraciət CHP-li Məclis üzvləri Ərdal Tüfekçi, Ercan Erdem və Yunus Canın da imzaları ilə rəhbərliyə təqdim edilib.
publika.az