Qırğızıstan seçkiləri: Prezident yeni Baş naziri rədd edib

Qırğızıstan seçkiləri: Prezident yeni Baş naziri rədd edib

Mərkəzi Asiya ölkəsində yeni siyasi böhran baş verməkdədir
 
"BBC" xəbər verir ki, şənbə günü Qırğızıstan parlamenti yeni Baş nazirin adını açıqlayıb. 
 
Sadir Japarov sələfi istefa verdikdən sonra ölkənin yeni baş naziri seçilib. 
 
Japarov ötən həftə digər siyasətçilərlə birgə azad edilənə qədər həbsdə olub. 
 
Prezident Sooronbay Jeenbekov yeni təyin olunan Baş naziri rəsmən təsdiq etməyi rədd edib. 
 
"Ölkədə stabillik yaratmaq və onu mühafizə etmək üçün bizim bütün qərarlarımız legitim olmalı və şübhə doğurmamalıdır", - Jeenbekov açıqlamasında deyib. 
 
O, parlamentin deputatlarından qərara yenidən baxmağı istəyib. 
 
Prezidentin sözlərinə görə, Baş nazir seçilərkən hüquqşünasların seçki qaydalarına əməl edib-etməmələri ilə bağlı şübhələr var.
 
4 oktyabrda keçirilən parlament seçkilərindən sonra Qırğızıstanda dərin siyasi böhran yaşanır. 
 
Nümayişçilər seçkidən dərhal sonra, paytaxt Bişkekin küçələrinə axın edib dövlət binalarını ələ keçiriblər. 
 
Etirazçılar kobud pozuntulara yol verildiyini əsas gətirərək, seçkilərin yenidən keçirilməsini və rusiya meyilli prezident Sooronbay Jeenbekovun istefa verməsini tələb edirlər. 
 
Etirazlar başlayandan bəri Qırğızıstanda küçə toqquşmalarında 1200 insan yaralanıb, bir nəfər isə həlak olub. 
 
Ölkədə fövqəladə vəziyyət elan olunub.

Facebook