Qırğızıstan Azərbaycandakı səfirini geri çağırdı

Aycigit Buranov Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edilib.

Virtualaz.org xəbər verir ki, bu barədə bu gün Qırğızıstan prezidenti aparatının informasiya siyasəti şöbəsindən məlumat veriblər.

Mənbəyə görə, prezident Almazbek Atambayev müvafiq fərmanı imzalayıb.

Aycigit Buranov 2014-cü ilin dekabr ayının 31-dən bu vəzifəni tuturdu.

Səfirin geri çağırılmasının səbəbləri açıqlanmır.