EURO : 1,909 TRY : 0,248 USD : 1,7 RUB : 0,0241
Q.İbadoğlu seçki məntəqəsində qızına qarşı zorakılığın araşdırılmasını tələb edir

Q.İbadoğlu seçki məntəqəsində qızına qarşı zorakılığın araşdırılmasını tələb edir

Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlu fevralın 9-da seçki məntəqəsində qızı Jalə Bayramovaya qarşı hücumun araşdırılmasını və təqsirli olanların cəzalandırılmasını tələb edib.

Bayramova 76 saylı Lənkəran-Astara Seçki Dairəsinin 15-ci seçki məntəqəsinin seçki komissiyasının məşvərətçi səs hüququ olan üzvüdür.

Ona qarşı fiziki hücumu və onun məntəqədən qovulmasını seçki komissiyasının katibi, Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mübariz Əmirov təşkil edib.

"Qızım saxtakarlığa mane olmaq istəyib, buna cavab olaraq ona boğub öldürmək həddinə qədər fiziki təzyiq olunub", deyə yazan Qubadoğlu hadisənin videogörüntülərini əlavə edir.

Videoda Bayramovaya kimin və necə fiziki təzyiq göstərdiyi görünür, amma İbadoğlunun və zərərçəkmişin özünün DİN-ə müraciətindən iki gün keçməsinə baxmayaraq, heç kim məsuliyyətə cəlb edilməyib.

Hücum nəticəsində həkimlər Bayramovanın boğulmadan xəsarət aldığını, başında şişlər əmələ gəldiyini müəyyən edib, ağrıları davam edir.

"Birbaşa prezident İlham Əliyevə müraciət edirəm. Konstitutsiya and içib təhlükəsizliyinə təminat verdiyin vətəndaşın həyatına qəsdə görə rəhbərlik etdiyin hakimiyyət siyasi, nəzarətində olan daxili işlər nazirliyi hüquqi məsuliyyət daşıyır", deyə İbadoğlu bildirib.

O, prezidenti qızına qarşı hücumu araşdırmağa və təqsirkarları cəzalandırmağa çağırıb.

Facebook