Qəddafinin dondurulmuş bank hesablarından azı 10 mlrd. avro yoxa çıxıb

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin yaxınlarının dondurulmuş bank hesablarından azı 10 milyard avro müəmmalı şəkildə yoxa çıxıb. Pul vəsaitləri Euroclear bankındakı hesablardan 2013-2017-ci illər ərzində götürülüb.

Məlumata görə,  2011-ci ildə BMT-nin qərarı ilə dondurulan hesablardan pulların çıxarılması  Belçika Maliyyə Nazirliyi ilə razılaşdırılmayıb.

Prokurorluğun məlumatına görə, adıçəkilən bankda açıq olan 4 hesabda 5 mlrd. avronun qaldığı bildirilir. Vəsaitlər çıxarılmazdan əvvəl isə həmin hesablarda ümumilikdə 16 mlrd. avro olub.

apa