Qazaxıstanda çay qırmızı rəngə boyandı - Video

Qazaxıstanın Almatı şəhərində axan Almatinka çayı qırmızı rəngə boyanıb.

Trend-in məlumatına görə, çayın suyundan nümunələr götürülüb.

Çayın hansı səbəbdən qırmız rəngə boyanması hələlik məlum deyil.

Bildirilir ki, götürülən nümunələr əsasında suyun bakterioloji tərkibi məlum olandan sonra hadisənin səbəbini öyrənmək mümkün olacaq.