Qazaxıstan kiril əlifbasıdan imtina edəcəkmi?

Qazaxıstanın latın əlifbasına keçidi respublikanın kiril əlifbasından imtina etməsi demək deyil.
 
Bunu “Xəbər” televiziyasına müsahibəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev söyləyib.
 
“Latın əlifbası ilk növbədə qazax dilinə aid olacaq. Rus dilində çıxan bütün nəşrlərdə isə kiril əlifbasından istifadə olunacaq”, - o bildirib.
 
Qeyd edək ki, Qazaxıstan bir müddət öncə latın əlifbasına keçəcəyini bəyan edib. Astananın bu addımı Moskvada narazılıqla qarşılanıb. Kreml Qazaxıstandakı tendensiyanın digər Mərkəzi Asiya ölkələrində təkrarlanacağından qorxur.