Qaxda evdə partlayış olub, xəsarət alan var

Qaxda evdə partlayış olub, xəsarət alan var

Qax rayonunda evdə partlayış olub. 84 yaşlı qadın yanıq xəsarətləri alıb.

Hadisə rayonun Qıpçaq kəndində baş verib.

1937-ci il təvəllüdlü Qıpçaq kənd sakini Məmmədova Nina Makrovna yuxarı ətrafların, aşağı ətrafların və üz nahiyəsinin yanıq xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 84 yaşlı qadının yaşadığı ünvanda yanıq xəsarətləri aldığı məlum olub. Ona 2-ci dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub. Müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

İlkin məlumata görə, N. Məmmədova yaşadığı ünvanda qaz sızması nəticəsində yaranan partlayış səbəbindən yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook