EURO : 1,8358 TRY : 0,2794 USD : 1,7 RUB : 0,0267
Qasim Süleymaninin qatili Əfqanıstanda öldürülüb - FOTO

Qasim Süleymaninin qatili Əfqanıstanda öldürülüb - FOTO

Əfqanıstanın Qəzni əyalətində ABŞ-a məxsus hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Yaxın Şərqdəki əməliyyatları idarə edən və xüsusilə də İran İslam İnqilabı Keşikçiləri "Qüds" briqadasının komandanı Qasim Süleymaninin terrorunda birbaşa əli olan yüksək rütbəli MKİ-nin zabiti Maykl D`Andrea ölən zabitlər arasındasdır. Bu barədə "Mehr" agentliyi Rusiyanın kəşfiyyat mənbələrinə istinadən yazıb. 

 

Həmçinin ABŞ-ın MKİ-nin yüksək rütbəli zabitlərin öldüyü barədə "Taliban" qruplaşması da məlumat verib, lakin taliblər kəşfiyyatçıların adlarını açıqlamayıb. Amerika tərəfi sözügedən məlumatı şərh etməyib. 

 

Qeyd edək ki, bundan əvvəl "Pentaqon" öz hərbi təyyarəsinin Əfqanıstanda qəzaya uğradığını etiraf edib.

Facebook