Qarsda “Hero” köynəyi geyən azərbaycanlı deportasiya edilib

Qarsda üzərində “Hero”(qəhrəman) yazılmış köynək geyən bir nəfər həbs edilib. Azərbaycan vətəndaşlığı olan N.Ş. adlı şəxs polis tərəfindən saxlanılıb və Əmniyyət müdirliyinə aparılıb. Burada ifadəsi alınan azərbaycanlı ölkədən deportasiya edilib.

Türkiyə mediasının xəbərinə görə, yaxın günlərdə çevrilişə cəhddə ittiham olunanlardan biri məhkəməyə belə köynəkdə çıxmışdı.