Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb

Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. 

"Report"un xəbərinə görə, hadisə rayonun Ələt qəsəbəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu "Shagman" markalı yük avtomobilinə çırpılıb. 

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.