Qarabağın hücumçusu bir ayadək sıradan çıxıb

Qarabağın hücumçusu bir ayadək sıradan çıxıb

"Qarabağ" klubunun futbolçusu Mahir Emreli bir ayadək müddətə sıradan çıxıb. 

 

Klubdan verilən məlumata görə, 22 yaşlı hücumçu səfərdə "Neftçi" ilə keçirdikləri Azərbaycan Premyer Liqasının X tur matçının uzatma dəqiqələrində əzələsini dartıb. Tibbi müayinə nəticəsində onun zədəsinin ciddi olduğu müəyyənləşib. 

 

Emreli Premyer Liqanın bir neçə oyunu ilə yanaşı, Avropa Liqasında Kipr APOEL-i və İspaniya "Sevilya"sı ilə səfər matçlarını da buraxmalı olacaq.

Facebook