Qarabağda ermənilərin mərkəzi silah anbarı məhv edilib

Qarabağda ermənilərin mərkəzi silah anbarı məhv edilib

Dəqiq artilleriya atəşi zərbəsi nəticəsində ermənilərin Qarabağda Ballıca kəndi yaxınlığında yerləşən mərkəzi silah anbarı məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 6-da səhər məlumat yayıb.

Mənbənin məlumatına görə, anbarda çox sayda döyüş sursatı yerləşirdi.

Bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ballıcadakı hərbi hissə ərazisindən Azərbaycan ərazisinin artilleriya və raket atəşinə məruz qaldığını bildirib və atəş kəsilməsə onu məhv edəcəyi barədə xəbərdarlıq edib.

Müdafiə Nazirliyi həmçinin Ermənistan tərəfin oktyabrın 5-də "tələdə" Azərbaycan SQ-nin 200 əsgərinin məhv edilməsi haqqında məlumatını təkzib edərək, yalan məlumat adlandırıb.

Həmçinin, bütün cəbhə xətti boyunca erməni hərbi hissələrinin geri çəkildiyi barədə məlumat verilir.

Facebook