Qarabağ ən yaxşı 10 klub sırasında — SİYAHI

Qarabağ ən yaxşı 10 klub sırasında — SİYAHI

Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) klub reytinqinə əsasən Azərbaycanın “Qarabağ” futbol komandası post-sovet məkanının ən yaxşı 10 klubu siyahısındadır.

“Planet” xəbər daycestinin verdiyi məlumata əsasən, 15 avqust tarixində UEFA-nın rəsmi verb səhifəsində Avropa futbol klublarının növbəti reytinq cədvəli yenilənib. Bu cədvəldə Avropanın 200 ən yaxşı klubları yer alıb.

Reytinq cədvəlində əsasən aşağıdakı klublar ilk onluqda yer alıblar:

1.Real Madrid
2.Bayern Münhen
3.Barselona
4.Atletiko Madrid
5.Yuventus
6.Mançester Siti
7.Paris Sen Jermen
8.Mançester Yunayted
9.Liverpul
10.Sevilya
Maraqlıdır ki, post-sovet məkanının futbol klublarını müqayisə edərkən görürük ki, reytinq cədvəli futbol klublarının son 5 ildə əldə etdikləri kofisentlərə əsasən hazırlanmışdır.
Əgər keçmiş SSRİ məkanını müqayisəli şəkildə analiz etsək, görərik ki, bu region üzrə cədvəldə, UEFA üzvü olan post-Sovet mekanı ölkələrini 200 ən çox koofisent toplayan klublar arasında 25 ən yaxşı nəticələrə malik olanları aşağıdakılardır (Mötərizədə UEFA reytinqində tutduğu yer göstərilir):
1.Şaxtyor (Donetsk, Ukrayna) – (14)
2.Zenit (Sankt-Peterburq, Rusiya) (22)
3.CSKA (Moskva, Rusiya) (33)
4.Dinamo (Kiyev, Ukrayna)(24)
5.Krasnodar (Rusiya) (45)
6.Lokomotiv (Moskva, Rusiya) (51)
7.Astana (Qazaxstan) (56)
8.BATE (Minsk, Belarus) (63)
9.Qarabağ (Ağdam, Azərbaycan) (72)
10.Spartak (Moskva, Rusiya) (84)
11. Riga (Latviya) (101)
12.Saburtalo (Tbilisi, Gürcüstan)(103)
13.Ventspils (Latviya) (105)
14.Sherif (Tiraspol, Moldova) (112)
15.Zarya (Luqansk, Ukrayna) (115)
16.Rostov (Rusiya) (116)
17.Nömmü Kalju (Tallinn, Estoniya) –( 118)
18.Dinamo (Tbilisi,Gürcüstan) 131)
19.Arsenal (Tula, Rusiya) (132)
20.Flora (Tallinn,Estoniya) (139)
21.Qəbələ (Azərbaycan) – (148)
22.Oleksandriya (Ukrayna) (151)
23.Dinamo (Minsk, Belarus) (166)
24.Süduva (Litva) (169)
25.Alaşkert (Ermənistan) (179)

Əlavə olaraq onu qeyd edək ki, Türkiyə klubları arasında UEFA klub reytinqində son 5 ildə göstərdikləri nəticələrə əsasən Beşıktaş 28-ci, Fenerbahçe 52-ci, Qalatasaray 64-cü, İstanbul Başakşehir 71-ci, Trabzonspor isə 170-ci yerdə qərarlaşmışdır.
Ölkələr üzrə reytinq siyahı:
Ölkələr üzrə reytinq cədvələ baxdıqda isə UEFA-nin ilk 10-luğunda aşağıdakı ölkələr yer alır:

1.İspaniya
2.İngiltərə
3.Almaniya
4.İtaliya
5.Fransa
6.Portuqaliya
7.Rusiya
8.Belçıka
9.Ukrayna
10.Niderland
Bu dəfə də keçmiş post-Sovet məkanı ölkələrini müqayisə etsək görərik ki, ən yaxşı koofisentlərə malik ölkələrin klubları Rusiya və Ukraynadandir. Post-Sovet ölkələri üzrə reytinq cədvəli aşağıdakı kimidir:
1.Rusiya (7)
2.Ukrayna (9)
3.Qazaxstan (24)
4.Belarus (25)
5.Azərbaycan (26)
6.Litva (35)
7.Ermənistan (36)
8.Latviya (37)
9.Moldova (41)
10.Gürcüstan (44)
11.Estonia (51)

Post-Sovet məkanının digər 4 ölkəsi olan, Özbəkistan, Qırgıstan, Tacikistan və Türkmənistan UEFA-nin üzvü olmadığına görə UEFA reytinqlərində yer almırlar.

Türkiyə isə UEFA reytinqində 11-ci yerdə qərarlaşıb.

Facebook