Qarabağ aksiyasında saxlanılan MBH üzvləri və digər fəallar ev dustaqlığına buraxıldılar

Qarabağ aksiyasında saxlanılan MBH üzvləri və digər fəallar ev dustaqlığına buraxıldılar

İyulun 14-dən 15-nə keçən gecə Bakıda “Qarabağa azadlıq!” şüarıyla keçirilən yürüşdən sonra həbs olunan 36 nəfərdən 21-i ev dustaqlığına buraxılıb. Noyabrın 16-da Səbail Rayon Məhkəməsi prokurorluğun vəsatəti əsasında onların barəsindəki həbs-qətimkan tədbirini dəyişib.

 

Qarabağ yürüşünə görə həbs olunan 36 nəfərdən 21-nin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Dövlət İttihamını müdafiə edən prokurorun vəsatətinə baxılıb. Vəsatət təmin olunub.


Ev dustaqlığına buraxılan AXCP üzvləri:


1.Fuad Qəhrəmanlı
2.Asif Yusifli
3.Məmməd İbrahim
4.Ayaz Məhərrəmov
5.Bəxtiyar İmanov
6. Baba Süleymanov
7.Ceyhun Novruzov
8.İsmayıl Həsənov
9.Müşviq Quliyev
10.Telman Seyfullayev
11.Məhəbbət Nağıyev
12. Seymur Əhmədov

 

Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov və Tural Vəliyev də ev dustaqlığına buraxılan arasında var.

 

AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev, Elnur Cabbarov, ADR üzvü Pərvin Çobanovun və NMR DİN-in keçmiş nazir müavini Siyavuş Mustafayevin adları ev dustaqlığına buraxılanlar arasında yoxdur.


Ev dustaqlığına buraxılan digər məhbuslar:


1.Şəmsi Rəhimli
2.Elçin Mehdiyev
3.Fariz Məmmədov
4.Emin Hüseynzadə
5.Ariz Səfərli
6.Ceyhun Məmmədov
7.Vüsal Quliyevdir.

Facebook