Qar həyatı iflic etdi

Qar həyatı iflic etdi

İspaniyada qarlı hava şəraiti hökm sürür. Ən ağır vəziyyət Asturiya regionunda müşahidə olunur.

 

Rakurs.tv "Euronews"a istinadən xəbər verir ki, havanın kəskin soyuması və qar bəzi yaşayış məntəqələri ilə əlaqənin kəsilməsinə və elektrik təchizatında ləngimələrə səbəb olub. Ölkə üzrə 15 magistral və 50 regional əhəmiyyətli yolda hərəkət məhdudlaşdırılıb. Qar uçqunu riskinə görə bir neçə turizm mərkəzində xizək sürmək qadağan edilib.

Şimal regionlarında sarı həyəcan elan olunub. Sinoptiklər bildiriblər ki, arktik hava kütlələri yaxın 3 gündə ölkə ərazisində havanın yenidən soyumasına səbəb olacaq.

Facebook