Qar fırtınası 70 milyon insanın həyatını iflic etdi - Fotolar

ABŞ-ın şimalında son 3 həftədə 4-cü qar fırtınası qeydə alınıb.

“Anadolu”ya istinadən xəbər verilir ki, ötən gecə Filadelfiya və Vaşinqtondan başlayan güclü qar səhər saatlarında Nyu-Yorka çatıb.

Məlumata əsasən, pis hava şəraiti Nyu-Yorkda qatarların, Nyu Cersidə isə nəqliyyatın iflic olmasına səbəb olub.

Qar fırtınası ümumilikdə 70 milyondan çox insanın həyatını iflic edib.