Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. 
Qaynarinfo-nun məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb.