Qadın jurnalist öldürüldü

İraqın qərbində hökumət qüvvələri ilə İŞİD arasında gedən döyüşləri qələmə alan qadın jurnalist həlak olub.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, bu barədə  İraq ordusunun nümayəndəsi Nizar Abdulhamid açıqlamasında bildirib.

Məlumat əsasən, ölən qadın jurnalistin adının Rana əl-Uceyli olduğu açıqlanıb. Onu müşayət edən operator Muntəzir Adilin isə yaralandığı deyilir.

Dünyada jurnalistlər üçün ən təhlükəli yerlərdən hesab olunan İraqda 2017-ci ildə 7 media nümayəndəsi ölüb, daha 11 isə yaralanıb.