Qaçan məhbusu tapmaq üçün 6600 polis təyin edildi - Fotolar

Yaponiyada 6 mindən çox polis 9 gün əvvəl həbsdən qaçan şəxsi axtarır.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı Tatsuma Hirao 9 gün əvvəl Mukaişima adasında yerləşən həbsxanadan qaçıb. 20 min nəfər əhalinin yaşadığı adanın ölçüsü sadəcə 18 min kvadrat kilometrdir. 6600 nəfər Hiraonu tutmaq üçün işə cəlb edilib. Məktəblərə təhlükəsizlik məqsədilə 96 həbsxana nəzarətçisi göndərilib.
 
Bəzi şəxslər maşın, telefon və s. əşyalarının oğurlanması barədə polisə müraciət edib. Bir nəfər isə maşını oğurlanandan sonra avtomobilin müvəqqəti götürüldüyünü və zərər verməyəcəyi barədə mesaj tapıb. 
 
Ədliyyə naziri Yoko Kamikava məhbusun hələ də tutulmamasına görə üzr istəyib.