Putinlə Ruhani arasında telefon danışığı olub

İran prezidenti Həsən Ruhani ilə Rusiya prezidenti Vladimir Putin arasında Yəmən münaqişəsi ilə bağlı telefon danışığı baş tutub. Rusiya KİV-ə istinadən xəbər verilir ki, tərəflər Yəmən münaqişəsinin həlli yollarını müzakirə ediblər.

“İran prezidenti Yəməndə bombarduman və yoluxucu xəstəliklərə görə ciddi humanitar böhranın olduğunu diqqətə çatdırıb”.