Putinin daha bir rəqibi öldü

Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan siyasi xadim Nikolay Qluşkovun Londonda yaşadığı evdə meyiti aşkar edilib.

Teleqraf.com xəbər verir ki, Qluşkov Putinə müxalif möveqdə olan, oliqarx Boris Berzovskinin silahdaşlarından biri idi. 68 yaşlı siyasətçinin meyiti ailə tərəfindən mənzilində aşkar edilib.

Qeyd edək ki, bir müddət öncə İngiltərədə sabiq rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliya zəhərlənərək dünyasını dəyişiblər. Rəsmi London onların ölümünə görə Rusiyanı ittiham edib.