Putinin `boz kardinal`ı istefa verib

Putinin `boz kardinal`ı istefa verib

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov  istefa verib. İnterfaks xəbər verir ki, bu barədə Siyasi Konyunktura Mərkəzinin direktoru Aleksey Çesnakov bildirib.

 

Onun sözlərinə görə, Surkovun istefa qərarı Ukrayna istiqamətində gedişatın dəyişməsi ilə əlaqədardı.

 

"Növbəti ay ərzində meditasiya ilə məşğul olacaq", - Çesnakov vurğulayıb. 

 

Qeyd edək ki, Vladislav Surkov 2013-cü ildən Rusiya prezidentinin köməkçisi vəzifəsində çalışıb. O, qondarma Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq, habelə Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət edib.

Facebook