EURO : 1,9389 TRY : 0,2479 USD : 1,7 RUB : 0,024
Putin XXI əsrin əsas silahını müəyyənləşdirib

Putin XXI əsrin əsas silahını müəyyənləşdirib

Lazer silahları Rusiya ordusunun XXI əsr üçün döyüş potensialını müəyyən edəcək. Operativ.tv "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin hərbi mövzuda keçirdiyi yığıncaqda danışıb.

"Lazer silahların inkişafı layihələrinin vaxtında həyata keçirilməsi son dərəcə vacibdir",-deyə Putin əlavə edib.

Rusiya prezidenti həmçinin təklif edib ki, "Peresvet" lazer kompleksi və "Kinjal" hipertonik aviasiya raket kompleksinin praktik sınaqlarının keçirilməsi ehtimalı nəzərdən keçirilsin.

Facebook