EURO : 1,8841 TRY : 0,2955 USD : 1,7 RUB : 0,0266
Putin öz maaşını qaldırıb

Putin öz maaşını qaldırıb

Rusiya Prezidenti Vladimir Putin 67 yaşı tamam olan gün özünün və hökumətdə bir sıra yüksək vəzifə tutanların maaşlarını qaldırıb.
 
Oktyabrın 7-də imzalanmış sərəncamla Putinin maaşı ötən ilin inflyasiyasına uyğun olaraq 4,3 faiz qaldırılıb.
 
Hazırda prezident ayda 11 min dollar maaş alır, artımdan sonra bu, 11 min 500 dollara, yaxud 746 min rubla bərabər olacaq.
 
Digər yüksək çinli vəzifəlilər də eyni maaş artımı əldə ediblər.
 
Onların sırasında Müdafiə naziri Sergei Shoigu, Baş nazir Dmitry Medvedev, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və digərləri var.
 
Ötən il də onların maaşı 4 faiz qaldırılmışdı.

Facebook