Putin 3 saat 42 dəqiqə ərzində 65 sualı cavablandırıb

Rusiya prezidenti Vladimir Putinin sayca 13-cü illik böyük mətbuat konfransı 3 saat 42 dəqiqə davam edib.

 "İnterfaks"a istinadən xəbər verilir ki, bu müddət ərzində jurnalistlər dövlət başçısına 65 sual veriblər.

Qeyd edək ki, Rusiya prezidentinin builki mətbuat konfransına rekord sayda - 1600-dən çox rusiyalı və xarici KİV nümayəndəsi akkreditə olunub.