Putin 2018-ci ildə prezident postuna namizəd olacaqmı?

Rusiya prezidenti Vladimir Putin bildirib ki, 2018-ci ildə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürüb-sürməyəcəyi məsələsi üzərində düşünəcək. 

Bu barədə TASS xəbər verir.

Buryatiyanın Çeremuşka qəsəbəsinin sakini prezidentlə videobağlantı zamanı Putindən dövlət başçısı vəzifəsinə gələn il keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürməyi  xahiş edib.

“Yaxşı, mən bu barədə düşünərəm”, - Putin cavab verib.