Pulsuz aviabilet şousu: sosial şəbəkədə yeni virus yayıldı

İnternetdə istifadəçilərin şəxsi məlumatlarını oğurlayan yeni kompüter virusu yayılıb. Məxfi informasiyanı əldə etmək üçün insanlara pulsuz aviabiletlərin oynanılmasında iştirak təklif edilir.

Bir neçə ölkədə, o cümlədən Azərbaycanda da, bir neçə gündür ki, sosial şəbəkə istifadəçilərinə pulsuz aviabiletlər əldə etmək üçün qeydiyyat linki təklif olunur. Virus daha çox Fransada və Rusiyada qeydə alınıb. Fransada “Air France” şirkətindən biletlər sifariş edən istifadəçilərə, Rusiyada isə “Emirates” və "Aeroflot”dan bilet alan istifadəçilərə oxşar təkliflər edilir.

İnsanlar biletləri pulsuz almaq arzusu ilə saxta ünvana daxil olduqda onlardan bəzi məxfi informasiyalar tələb olunur. Beləliklə, istifadəçinin kompüterinə daxil olaraq onun şəxsi informasiyaları əldə edilir, həmçinin sosial şəbəkələrdə istifadəçinin əlaqələri, bank hesabları haqqında məlumatlar əldə olunur.