Professor Adil Qeybulla ölkədəki epidemioloji vəziyyəti Rakurs.tv-yə şərh edib

Professor Adil Qeybulla ölkədəki epidemioloji vəziyyəti Rakurs.tv-yə şərh edib

Adil Qeybulla: "Ölkədə epidemioloji vəziyyət elədə pis deyil".

 

Ölkədə koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin rejiminin vaxtı may ayının 4-nə kimi uzadıldı. Nazirlər Kabineti yanında Operativ Qərərgahın açıqladığı statistik rəqəmlərə nəzər salsaq, ölkədə pandemiya ilə bağlı vəziyyətin normallaşmağa doğru getdiyini görə bilərik. Bəs görəsən xüsusi karantin rejiminin vaxtı yenidən artırıla bilərmi? Yoxsa mayın 4-dən sonra yumşaldıcı qərarların şahidi olacağıq ?

 

Rakurs.tv mövzunu Tibb Elmləri Doktoru, professor Adil Qeybulla ilə müzakirə edib. Professor bildirib ki,bu gün real vəziyyəti şərh etmək çətindir: "Ancaq xəstəxanalardan aldığımız məlumatlar onu deməyə əsas verir ki, ölkədə epidemioloji vəziyyət elə də pis deyil. Karantin rejiminin uzadılmasına gəlincə isə, may ayının 4-də yenidən epidemioloji vəziyyət nəzərdən keçiriləcək və buna uyğun qərar qəbul ediləcək. Əgər artım olmasa, o zaman sosial izolyasiya tədbirlərində müəyyən yumşalmaların baş verməsi mümkündür".

 

Adil Qeybullanın sözlərinə görə, bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarlarında müəyyən təlaşların olduğu görünür. Belə ki, sözügedən qurum pandemiyanın yenidən alovlanacağından narahatlığını ifadə edir. Ona görə də birmənalı şəkildə nəsə demək çətindir. Amma görünən odur ki, bir müddət dövlətlərarası iqtisadi münasibətlərdə problemlər qalacaq. Lakin ölkə daxilində bəzi qadağaların yumşaldılması istiqamətində dəyişikliklər proqnozlaşdırılır".

Facebook