"Problem deyil, məni öldürə də bilərlər"

Ukraynanın hakimiyyət orqanları məni aradan götürə bilərlər.
 
Bunu Gürcüstanın keçmiş prezidenti və Odessa bölgəsinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.
 
"Mən dəqiq bilirəm ki, onlar məndən canlarını qurtarmağa çalışacaqlar. Onlar məni təhqir, deportasiya da edə bilərlər. Hətta öldürə də bilərlər, problem deyil. Mən bundan qorxmuram", - deyə, o bildirib.
 
Qeyd edək ki, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili ukraynalıları 17 oktyabrda Kiyevdə mitinqə çağırıb.
 
Axar.az