Prezidentliyinə namizəd güllələnmə təhdidi alıb

Rusiya mətbuatına istinadən bildirir ki, Kseniya  Sobçak ona yönələn təhlükəyə görə Moskvanı tərk edib.
 
Kseniya Sobçak bildirib ki, özünə qarşı konkret hədələr alıb. Buna görə də, paytaxtda normal mühafizə təşkil edənədək əri ilə birlikdə Moskvanı tərk etməli olub.
 
“Mənim soyadım güllələnənəcək adamların siyahısında olub. Bu məlumat mənə çox inandırıcı gəldi” –deyə Rusiya  prezidentliyə namizədliyini irəli sürən teleaparıcı etiraf edib.
 
Bununla bərabər Sobçak deyib ki, ölkədən mühacirət etməyə hazırlaşmır, belə ki, “Vesti” portalı ona  bir xeyli maraqlı layihələr  təklif edib.  
 
Xatırladırıq ki, Kseniya Sobçak 2018-ci ildə Rusiya prezidentliyinə seçkilərdə namizədliyini irəli sürəcəyinə qərar verib.