Prezidentliyə namizədin MSK-dan gizlətdiyi bank hesablarının üstü açıldı

Rusiyadan kommunistlər tərəfindən prezidentliyə namizədliyi irəli sürülüən Pavel Qrudni Mərkəzi Seçki Komissiyasından (MSK) xaricdəki bank hesabları barədə məlumatı gizlədib.
 
Tass-a istinadən xəbər verilir ki,  bu barədə məlumat verən Rusiya MSK  üzvü  Aleksandr Kinevin sözlərinə görə,  məsələ ilə bağlı  İsveçrə vergi xidmətinə müraciət edilib və oradan  verilən cavabda Pavel Qrudninin  bizə təqdim etdiyi iki hesabdan əlavə daha 11  bank hesabının olduğu bəlli olub. Onun hətta  qiymətli metala və qızılla bağlı  bank hesabının daolduğu aşkar edilib.
 
MSK üzvü dyib ki, P. Qrudnin təqdim etdiyi məlumatda  onun xarici  banklarda hesabının olmadığını göstərib.
A.Kinev əlavə edib ki, prezidentliyə namidə P. Qrduninin məsələsi martıq 7-d MSK-nin iclasında müzakirə olunacaq.