Prezidentliyə namizəd həbsxanadan canlı yayıma çıxacaq

Türkiyənin Ədalət Məhkəməsi prezidentliyə namizəd Səlahəddin Dəmirtaşın 10 dəqiqəlik canlı yayım çıxışlarını həbsxanadan etməsi ilə bağlı qərar çıxarıb.

Sözcü-yə istinadən bildirilir ki, HDP-nin həmsədrlərindən biri olan Səlahəddin Dəmirtaş seçki öncəsi çıxışlarını Ədirnə həbsxanasında qurulacaq studiyadan edəcək.

Məhkəmə Dəmirtaşın 24 iyun seçkilərinə qədər cəzaçəkmə yerinin Ankaraya dəyişdirilməsi qərarını isə rədd edib.